RU

İrina Zaretska: “İlk dəfə qarışıq komanda üzrə Dünya Kubokunda iştirak etmək istəyirik”

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Karate üzrə Azərbaycan millisi bu il üçün qarşısına maraqlı və yeni məqsəd qoyub.

İrina Zaretska (68 kq) özü və komandası üçün yeni hədəflərinin olduğunu söyləyib.

“Qarışıq komanda kumitesində Dünya Kubokuna lisenziya qazanmaq niyyətindədiyik. Azərbaycan hələ qarışıq komanda üzrə bu turnirdə iştirak etməyib. Məqsədimiz həmin yarışa vəsiqə qazanmaqdır”, - deyə o, report.az-a açıqlamasında bildirib.

İ.Zaretska İtaliyanın paytaxtı Romada keçirilmiş Karate1 Premyer Liqa turnirində bürünc medal qazanması ilə bağlı fikirlərini də bölüşüb:

“Mövsümdə ilk yarışım idi. Növbəti dəfə mükafatçılar sırasına düşmək yaxşı başlanğıcdır. Finala niyə vəsiqə qazana bilmədim? Bu suala cavab necə cavab verəcəyimi bilmirəm. Bu, çox səviyyəli yarışdır. Karate elə idman növüdür ki, döyüşün gedişi hər an dəyişir və durumu xeyirinə dəyişmək çətin olur. Mən hər zaman turnirlərə hazır və maksimum nəticəyə köklənmiş şəkildə çıxıram. Sabit şəkildə fəxri kürsüdə yer almağım bunu təsdiqləyir”.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı qarşıdakı aylarda qatılacaqları yarışları da açıqlayıb:

“Apreldə Çində Karate1 Premyer Liqa keçiriləcək. İyunda isə Mərakeşdə eyni turnir baş tutacaq. Həmçinin mayda Avropa çempionatı olacaq. Bütün diqqətimi hazırda bunlara yönəltmişəm”.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
2
icma.az

3Источники