RU

Azərbaycan iqtisadiyyatına yatırımlar azalıb, xaricə investiyalar artıb 

Ötən il Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 6 milyard 595 milyon 296 min dollar olub. 

FED.az xəbər verir ki, bunu Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunları dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyalar 2 milyard 528 milyon 104 min dollar təşkil edib:
"Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalar 2024-cü illə müqayisədə 450 milyon 921 min dollar və ya 6,4% azalıb. Xarici iqtisadiyyata birbaşa investisiyalar 765 milyon 414 min dollar, yaxud da 43,4% artıb".

Избранный
56
fed.az

1Источники