RU

“Neftçi” 8 min manat, “İmişli” 5 min manat cərimələndi

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXIV turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:

“İmişli” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə meydan sahibləri 5000 manat cərimə edilib.

“Qəbələ” – “Neftçi” oyunu ev sahibi komandanın meydançaya gec çıxması səbəbindən gec başladığı üçün klub 3000 manat cərimələnib. Həmin matçda“Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə paytaxt klubu 8000 manat cərimə ödəyəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
53
14
cebheinfo.az

10Источники