RU

Sosial şəbəkədəki paylaşımlarına görə daha bir nəfər həbs edildi

Sosial şəbəkədəki paylaşımlarına görə daha bir nəfər həbs edildi

Sosial şəbəkədə əxlaqsızlıqla məşğul olan şəxs inzibati məsuliyyətə cəlb edilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Füzuli rayon sakini 1994-cü il təvəllüdlü T.Məmmədov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (xırda xuliqanlıq) maddəsinə əsasən protokol tərtib edilib.

Bildirilib ki, özünü cinsi azlıq nümayəndəsi kimi təqdim edən şəxs instaqramda izləyici sayısı 2295 nəfər olan profilində mobil nömrəsini paylaşıb. O, paylaşdığı videogörüntülərində hər hansı bədən geyimini təbliğ etmək məqsədi olmadan cazibəsini göstərmək üçün bədəninin müxtəlif hissələrini nümayiş etdirib. Bununla da sosial şəbəkədə əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada davranaraq xırda xuliqanlıq edib.

Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə 32 yaşlı şəxs 10 sutkalıq həbs olunub.

Избранный
81
6
afn.az

9Источники