RU

Bu müəllimlərin maaşı və sertifikatlaşdırma müzakirəyə çıxarılıb

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əmək Məcəlləsinin 67-2 maddəsinə təklif edilən dəyişikliklərə əsasən, incəsənət məktəblərində çalışan təhsilverənlər də sertifikatlaşdırmaya cəlb olunacaq, amma 60 yaşdan yuxarılar və ən azı iki dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər iştirak etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, beynəlxalq müsabiqə qalibləri sertifikatlaşdırmadan azad olunmalı və imtahanlarda 80 faizdən çox nəticə göstərənlərin maaşı 35 faiz artırılmalıdır, beləliklə 48-51 bal toplayan müəllimlərdə maaş artımı 10 faizlə məhdud qalmaz, sektorda əmək daha düzgün qiymətləndirilər.

"Müzakirə etdiyimiz layihə üzrə incəsənət sektorunda beynəlxalq müsabiqə qalibləri sertifikatlaşdırmadan azad olunması məqsədəuyğun olardı. Eyni zamanda, Məccələnin 67-i maddəsində 3 dəfə deyil, ən azı 2 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilməməsini təklif edərdim. Razılşaq ki, 2 dəfə sertifikatlaşdırmadan uğurla keçmək təhsil müəssisəsində keyfiyyətli təhsil vermək üçün kifayət edir. Həmin şəxslərin yenidən 3-cü dəfə sertifikatlaşdırmaya cəlb edilməsinə xüsusi ehtiyac qalmır",- parlament üzvü qeyd edib.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
62
bakivaxti.az

1Источники