RU

Milyarder cütlük gündəm oldu: Ərini qolundan tutub qovdu - FOTOLAR

Dünyanın ən varlı şəxslərindən biri olan Jeff Bezos bu dəfə sərvəti ilə deyil, şəxsi həyatı ilə gündəmə gəlib. “Xoşbəxt həyatın sirri – həyat yoldaşını haqlı saymaqdır” deyimi bu hadisədə də diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, 62 yaşlı Bezos həyat yoldaşı Lauren Sanchez ilə birlikdə 98-ci “Oscar” mükafatlarından sonra keçirilən “Vanity Fair” partisinə qatılıb. 

Cütlük əvvəlcə birlikdə fotoqraflara poza verib.

Daha sonra isə Lauren Sanchez gözlənilməz addım ataraq Bezosu qolundan tutub kənara yönləndirib və təkbaşına kameralar qarşısında poz verib. Bu anlar sosial mediada geniş müzakirələrə səbəb olub.

İstifadəçilər fərqli reaksiyalar verib. Bəziləri bunu zarafatla qarşılayaraq “kamera vaxtımı alma” kimi şərhlər yazıb, digərləri isə “bal ayı bitdi” kimi fikirlər səsləndirib.

Hadisə bir daha göstərib ki, böyük sərvətə sahib olmaq şəxsi münasibətlərdə davranışlara təsir göstərməyə bilər.

Aynur Babazadə

Избранный
41
2
bakivaxti.az

3Источники