RU

Milli Məclis MDB ilə bağlı protokolu ratifikasiya etdi

Milli Məclis Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklər edilməsinə dair Protokolu ratifikasiya edib.

Aznews.azxəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bildirilib ki, “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol” 13 oktyabr 2023-cü ildə Bişkek şəhərində imzalanıb.

Protokola əsasən adı çəkilən Əsasnaməyə bir neçə dəyişiklik edilib.

Bu Protokol onu imzalayan tərəflərin sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə üçüncü bildirişinin depozitari tərəfindən alındığı tarixdən 30 gün sonra qüvvəyə minir. Dövlətdaxili prosedurları sonradan yerinə yetirən tərəflər üçün bu Protokol müvafiq sənədlərin depozitari tərəfindən alındığı tarixdən 30 gün sonra qüvvəyə minir.

Избранный
41
3
aznews.az

10Источники