RU

SENSASİYA: Əli Laricaniyə sui-qəsd – İsrail qırıcıları Tehranın "gizli beyni"ni hədəf aldı

İsrail Hərbi Hava Qüvvələri martın 16-dan 17-nə keçən gecə Tehranın mərkəzinə endirdiyi sarsıdıcı zərbələr zamanı İranın ən mühüm strateqlərindən biri, Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricanini hədəf alıb.

Musavat.com xəbər verir ki, İsrailin "The Times of Israel" qəzeti və digər kəşfiyyat mənbələri Laricaninin olduğu binanın darmadağın edildiyini, lakin onun sağ qalıb-qalmadığının hələlik məlum olmadığını bildirir.

Laricani ayətullah Əli Xameneinin öldürülməsindən sonra ölkənin idarəetməsində və ABŞ-la gizli diplomatik təmaslarda əsas fiqur hesab olunur və İsrail kəşfiyyatı onu İranın hərbi-siyasi "beyni" kimi görür.

İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bu gün səhər keçirdiyi xüsusi müşavirədə "gecə əməliyyatı zamanı kampaniyanın gedişatına təsir edəcək dərəcədə əhəmiyyətli ləğvetmə nailiyyətləri" qeydə alındığını bildirib ki, bu da Laricaninin zərərsizləşdirilməsinə birbaşa eyham kimi qiymətləndirilir.

Rəsmi Tehran hələlik Laricaninin taleyi ilə bağlı hər hansı təsdiq və ya təkzib bəyanatı yaymasa da, onun son 24 saatda ictimaiyyət qarşısına çıxmaması və Milli Təhlükəsizlik Şurasının vacib iclaslarında iştirak etməməsi şübhələri artırır. Peyk görüntüləri Tehranın şimalında Laricaninin işlədiyi və gizləndiyi ehtimal olunan iqamətgahın ətrafında bir neçə dərin kraterin yarandığını və binaların tamamilə çökdüyünü göstərir.

Bu hücum İsrailin "Epik Qəzəb" əməliyyatı çərçivəsində İranın komanda-idarəetmə mərkəzlərini tamamilə sıradan çıxarmaq strategiyasının ən kritik addımıdır. Əgər Laricaninin ölümü rəsmən təsdiqlənərsə, bu, Müctəba Xamenei administrasiyası üçün ən ağır itki və rejimin diplomatik-təhlükəsizlik sütunlarının tamamilə çöküşü demək olacaq.

Musavat.com

Избранный
4
1
musavat.com

2Источники