RU

Xocalı prospektində binada baş verən yanğın söndürülüb, sakinlər təxliyə ediliblər – YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Əlavə məlumat veriləcək.

11:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Избранный
26
11
yeniazerbaycan.com

10Источники