RU

Xarici vətəndaşların İrandan təxliyəsi: “Astara” buraxılış məntəqəsində son vəziyyət 

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saat 10-dan 12-dək 9 Çin və 6 Hindistan vətəndaşı təxliyə olunub.

Qeyd edək ki, bu gün saat 00:00-dan 10:00-dək 1 Azərbaycan vətəndaşı və Norveçin 3 diplomatik nümayəndəsi də sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunan vətəndaşlar müvafiq sənəd yoxlanışı və digər prosedurların yerinə yetirilməsindən sonra aidiyyəti qurumların nəzarəti altında sərhəd-keçid məntəqəsindən buraxılıblar.

Hazırda “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi aidiyyəti qurumların nəzarəti altında davam etdirilir.

Избранный
9
6
azerbaijan-news.az

8Источники