RU

"Roşka"nın növbəti məhkəmə prosesi oldu

Tiktokda daha çox "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən proses təxirə salınıb.

Belə ki, təqsirləndirilənin vəkili Mircəlal Muradlının məhkəməyə təqdim etdiyi videogöruntülər eksperiza mərkəzinə göndərilib. Lakin ekspertizanın yekun rəyi məhkəməyə daxil olmayıb.

Bu səbədən məhkəmə aprelin 7-dək təxirə salınıb.

Qeyd edək ki, onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Избранный
14
unikal.az

1Источники