RU

Keçmiş prezident hökümdən şikayət etməyəcək, cəzasını cəkməyə razıdır

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransa Respublikasının sabiq prezidenti Nikolas Sarkozi (2007–2012) iki ayrı cinayət işi üzrə hökmün birləşdirilməsi üçün məhkəməyə müraciət etməyəcək və təyin olunmuş həbs cəzasını çəkəcək.

Bizimyol.info xəbər verir ki, RTL radiosunun mənbəyə istinadla verdiyi məlumata görə, söhbət real həbs cəzası olaraq altı aydan gedir, lakin cəzanın çəkilmə şərtləri hələ müəyyən edilməyib.

Sarkozi vəkilləri əvvəllər korrupsiya və təsir ticarəti işi üzrə cəzanın seçki xərclərini aşma işi ilə hesablanmasını xahiş etmişdilər, lakin 9 martda məhkəmə bu müraciəti rədd edib.

2025-ci il sentyabrın 25-də 70 yaşlı sabiq prezident Liviya tərəfindən 2007-ci il seçki kampaniyasının maliyyələşdirilməsi işi üzrə cinayətkar qrupda iştirakda günahkar bilinib. Digər ittihamlar – dövlət vəsaitlərinin mənimsənilməsi və passiv korrupsiya – üzrə isə bəraət qazanıb. Beş illik azadlıqdan məhrumetmə cəzasını 21 oktyabrda Parisin Santé həbsxanasında təkcəllik kamerada çəkməyə başlayıb.

2025-ci il noyabrın 10-da Paris Apellyasiya Məhkəməsi Sarkozinin ilkin həbsin ləğvi və məhkəmə nəzarətinə keçməsi barədə müraciətini təmin edib. Sabozi 16 mart 2026-cı ildə seçki kampaniyasının maliyyələşdirilməsi işi üzrə apellyasiya şikayətinə başlayıb.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
bizimyol.info

1Источники