RU

AFFA "Neftçi", "Sabah" və "İmişli"ni cərimələdi

AFFA İntizam Komitəsi  Misli Premyer Liqasının XXIV turunda yaşananlara görə "İmişli", "Qəbələ" və "Neftçi"ni cərimələyib.

Fanat.Az xəbər verir ki, qərar komitənin son iclasında çıxarılıb.

"İmişli" "Sabah"la matç bitdikdən sonra meydana kənar şəxslərin daxil olmasına görə 5000 manat ödəyəcək. Bu hal cari mövsüm ikinci dəfə yaşanıb.

"Qəbələ" "Neftçi" ilə qarşılaşmada meydana gec çıxdığı üçün 3000 manat ödəmək məcburiyyətindədir.

"Neftçi" isə sözügedən görüşdə azarkeşlərin rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi üzündən 8000 manat cərimələnib.

Избранный
40
4
fanat.az

6Источники