RU

İran “qisas” ƏMRİ VERDİ: İsrail və ABŞ-ı nələr gözləyir?

Yaxın Şərqdə artan gərginlik fonunda İranın ali rəhbərliyi ilə ABŞ arasında münasibətlər yenidən diqqət mərkəzinə düşüb. Xüsusilə Müctəba Xameneinin ritorikasında “qisas” mesajlarının yer alması və bunun mümkün hədəflərindən biri kimi Donald Trampın adı ətrafında gedən müzakirələr beynəlxalq siyasi gündəmi daha da gərginləşdirir. Ekspertlər bu cür bəyanatların yalnız simvolik mesaj, yoxsa real təhlükəsizlik riski olub-olmaması məsələsini fərqli rakurslardan qiymətləndirirlər. Bəs İranın bu “qisas” ritorikası real addımlara çevrilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, qisas anlayışı geniş və çoxşaxəli məna daşıyır və müxtəlif formalarda özünü göstərir.

CROSSMEDIA

“İranın ABŞ-ı uzunmüddətli münaqişəyə cəlb etməsi və regionda gərginliyi artırması dolayısı ilə “qisas” kimi qiymətləndirilir. Eyni zamanda, Hörmüz boğazının bağlanması və bunun nəticəsində qlobal iqtisadi böhran riskinin yaranması da ABŞ-a qarşı dolayı təzyiq vasitəsi hesab oluna bilər.
ABŞ hərbi qüvvələrinə qarşı müxtəlif regionlarda hücumların baş verməsi və ya müttəfiqlərin hədəfə alınması Vaşinqtonun beynəlxalq imicinə zərbə vurmaqla “qisas” kimi qiymətləndirilir. İranın birbaşa ABŞ ərazisində və ya konkret olaraq Donald Trampa qarşı fiziki hücum həyata keçirməsi çətin görünür, lakin dolayı yollar – xüsusilə də regionda fəaliyyət göstərən silahlı qruplar vasitəsilə hərbi obyektlərə hücum ehtimalı tam istisna edilmir”.

Tural Abbaslı qeyd edib ki, İran hərbi və iqtisadi baxımdan ABŞ-la müqayisədə geri qalsa da, regionun böyük və resurslara malik ölkələrindən biridir.
“Üstəlik, İran kimi ideoloji dövlətlərdə fədai və radikal qrupların mövcudluğu bu cür riskləri artırır. Mümkün “qisas”ın hansı formada və nə vaxt baş verəcəyini dəqiq proqnozlaşdırmaq çətindir və hətta bəzi planların artıq icra mərhələsində olması ehtimalı da istisna edilmir”.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
24
1
konkret.az

2Источники