RU

Tehran boşaldılır, istiqamət Bakıdır – Nələr yaşanır?

“İnterfaks”ın məlumatına görə, İsveç təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən Tehrandakı səfirliyinin fəaliyyətini müvəqqəti olaraq Bakıya köçürüb.

İsveç XİN rəhbəri bildirib ki, vəziyyət qeyri-müəyyən olaraq qalır və vətəndaşlara uzun müddətdir İrana səfər etməmək tövsiyə olunur.

Bu qərar sadəcə texniki addım deyil, diplomatik dildə verilmiş açıq mesajdır: Tehran artıq təhlükəsiz sayılmır.

İndi əsas sual budur: digər Qərb ölkələri də eyni yolu seçəcəkmi?

Əgər səfirliklər bir-birinin ardınca Tehrandan çıxmağa başlayarsa, bu artıq lokal hadisə yox, böyük regional riskin göstəricisi olacaq.

Və bu prosesin fonunda Bakı tədricən yeni rol qazanır: regionda təhlükəsiz diplomatik platforma. Çünki diplomatiyada ən real göstərici bəyanatlar yox, səfirliklərin harada yerləşməsidir.

Tehran boşalırsa, deməli, risk realdır.

Избранный
16
2
editor.az

3Источники