RU

USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin söndürülməsi 30 saat vaxt aparıb

Ötən həftə USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin əsas camaşırxanasında baş verən yanğını söndürmək üçün ABŞ dənizçiləri və sahil heyəti 30 saatdan çox vaxt sərf edib.

Herbiand.az bu barədə The New York Times nəşrinə istinadən xəbər verir.

Yanğın qurutma maşınının ventilyasiyasından keçib. Hadisə nəticəsində iki dənizçi yaralanıb, onların həyatı təhlükəsi yoxdur. Qəzetin istinad etdiyi qeyri-rəsmi məlumatlara görə, onlarla heyət üzvü tüstüdən zəhərlənib. 600-dən çox hərbçi yataq yerlərini itirib və müvəqqəti olaraq keçidlərdə və ümumi istifadədə olan ərazilərdə yerləşdirilib. Bundan əlavə, gəmidə hazırda camaşırxananı istifadə etmək mümkün deyil.

Hərbi Dəniz Qüvvələri komandanlığı bildirib ki, yanğın zamanı mühərrik sisteminə zərər dəyməyib və gəmi döyüş tapşırıqlarını normal şəkildə yerinə yetirməyə davam edir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
46
herbiand.az

1Источники