RU

Xarici ticarətdə müsbət saldo 70 % ə yaxın artıb

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 29,65 % azdır.

Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 66 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 69,75 % çoxdur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
5
cebheinfo.az

6Источники