Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Barselona"nın prezidenti Xuan Laporta argentinalı futbol ulduzu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışından danışıb.
Oxu.Az xəbər verir ki, klub rəhbəri TV3-ə müsahibəsində sözügedən məsələyə toxunub.
"Leo həmişə özünün istədiyi şəkildə "Barselona" ilə bağlı olacaq. Əgər o, "Barselona"nın güclənməsinə və əzəmətinin artmasına kömək etmək qərarına gələrsə, klubun qapıları onun üzünə açıqdır", - deyə Laporta bildirib.
Qeyd edək ki, dünən Laporta yenidən "Barselona"nın prezidenti vəzifəsinə seçilib. O, 2031-ci ilə qədər Kataloniya təmsilçisinə rəhbərlik edəcək.
Xatırladaq ki, Messi 2021-ci ildə "Barselona"nı tərk edib. Ulduz futbolçu hazırda ABŞ-nin "İnter Mayami" klubunun şərəfini qoruyur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.