RU

Mətbuat Şurası Billurə Hacızadəni təltif etdi Foto

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Billurə Hacızadə 50 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif olunub.

“Qafqazinfo” xəbər verir ki, təltifetmə mərasimində Billurə Hacızadənin uzun illər media sahəsində səmərəli fəaliyyəti, dövlət qurumu ilə media arasında əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələr və mətbuat katibi kimi peşəkar fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd olunub ki, Billurə Hacızadə uzun illərdir media ilə qurum arasında operativ və səmərəli kommunikasiya mühitinin formalaşmasına mühüm töhfə verir, jurnalistlərlə konstruktiv əməkdaşlığın qurulmasında və ictimaiyyətin düzgün məlumatlandırılmasında fəal rol oynayır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
8
qafqazinfo.az

9Источники