RU

Laçın rayonunda şəhid ailələri ziyarət olunub

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər.

Xüsusi nümayəndəliyin rəsmisi əvvəlcə şəhid Rəsul Şahverdiyevin ailəsində olub. Şəhidin həyat yoldaşı İntizar Zülfüqarova ilə keçirilən görüş zamanı ailənin qayğıları ilə maraqlanılıb, Novruz bayramı münasibətilə təbriklər çatdırılıb.

Daha sonra şəhid Vaqif Salmanzadənin evində olaraq şəhidin həyat yoldaşı Suqra Həmidova ilə görüş keçirilib, ailənin sosial vəziyyəti və gündəlik qayğıları ilə maraqlanılıb.

Qeyd edək ki, gün ərzində Laçın rayonunda Novruz bayramına həsr olunmuş təntənəli konsert proqramı keçiriləcək. Eyni zamanda Həkəri çayının sol sahilində Novruz yarmarkası təşkil olunacaq.

P.ƏMİRCANOVXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
3
xalqqazeti.az

4Источники