Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, İntizam Komitəsinin iclasında aşağıdakı qərarlar qəbul edilib:
14 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIV turun “İmişli” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “İmişli” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);
15 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIV turun “Qəbələ” – “Neftçi” oyunu “Qəbələ” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Qəbələ” komandası 3000 manat cərimə edilsin (maddə 77.4);
15 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIV turun “Qəbələ” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);
saytlarin hazirlanmasi