RU

Müəllimlərin maaşının artımı ilə bağlı nazir müavinindən açıqlama

Mədəniyyət nazirinin müavini Səadət Yusifova deputat Vüqar Bayramovun müəllimlərin maaşının artması ilə bağlı təklifinə reaksiya verirb.

Ölkə.az xəbər verir ki, Mədəniyyət nazirinin müavini Səadət Yusifova deputat Vüqar Bayramovun Əmək Məcəlləsinin 67-2 maddəsinə təklif edilən dəyişikliklərə əsasən, sertifikasiyadan keçən musiqi müəllimlərinin  , 80 faizdən daha çox nəticədə göstərənlərin maaşların 10 deyil, 35 faiz artırılması məqsədəuyğun olması barədə təklifinə cavab verib.
“Dediyiniz meyarlar artıq işə qəbul qaydalarında nəzərdə tutulub. Sadəcə olaraq, bu istisnaların yenidən qanunvericiliyə daxil edilməsi üçün müəyyən prosedurlar var. Bu, dövlət orqanları ilə, o cümlədən Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılma prosesindən keçməlidir. Ona görə də növbəti mərhələlərdə bu təklifləri mütləq şəkildə dəyərləndirib nəzərə alacağıq.

Sertifikatsiya haqqında qanun qəbul edildikdən sonra qaydalar da hazırlanacaq və həmin qaydalarda da əmək haqlarının artırılma faizi ehtiva olacaq”,- nazir müavini bildirib.

Mürtəza

Избранный
48
1
olke.az

2Источники