RU

"Bayer" ilk oyunda "Arsenal"a heç bir şans vermədi"

"Bayer Leverkuzen"in baş məşqçisi Kasper Hjulmann Çempionlar Liqasının 1/8 finalının "Arsenal"la cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

"İlk oyunda onlara demək olar ki, heç bir şans vermədik. Cavab oyununda da dominant olmağa çalışacağıq".

O, "Bayer"in mütləq nəticə əldə edəcəyinə və dörddəbir finala yüksələcəyinə əminliyini bildirib.

Bir həftə əvvəl komandalar Almaniyada 1-1 hesablı heç-heçə etmişdilər.

"Arsenal" - "Bayer" matçı 17 martda Londonda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Избранный
15
90deqiqe.az

1Источники