RU

Laricani: “İranın Epstein Adası qalanlarına qarşı tarixi qələbəsi yaxınlaşır”

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İranlı siyasətçi Əli Laricani sosial media hesabında ABŞ Prezidenti Donald Trumpın İranda baş verən etirazlarla bağlı açıqlamalarını tənqid edib.

Bizimyol.info xəbər verir ki, Laricani 47 il əvvəl, İran İslam İnqilabı öncəsi Pəhləvi dönəminin baş nazirinin küçələrdəki böyük kütlələrin şüarlarını “gerçək deyil, lent yazısıdır” şəklində qiymətləndirdiyini xatırladıb.

O, Trumpın bu gün İran şəhərlərində keçirilən milyonluq ABŞ və İsrail əleyhinə nümayişlərin görüntülərinin “süni intellekt məhsulu” olduğunu iddia etdiyini bildirib və iki hadisəni müqayisə edib.

Laricani paylaşımında: “İran xalqının Epstein Adası qalanlarına qarşı tarixi qələbəsi yaxınlaşır”, - deyə əlavə edib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
bizimyol.info

1Источники