RU

MM Prezident və xanımını təbrik etdi KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

KONKRET.az xəbər verir ki, spiker Sahibə Qafarova bildirib ki, bu gün ilaxır çərşənbədir, üç gün sonra da xalqımız Novruz və Ramazan bayramını qeyd edəcək.

“Xalqımızın milli-mənəvi dəyərləri arasında müstəsna yeri olan Novruz birliyi, bərəkəti və bolluğu təcəssüm etdirir. Ramazan bayramı isə insanları həmrəyliyə və əmin-amanlığa dəvət edir”.

S.Qafarova təklif edib ki, bayramlar münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq, onlara xalqın və dövlətin bu günü və sabahı naminə fəaliyyətlərində yeni böyük uğurlar arzulayaq.

Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
10
konkret.az

10Источники