RU

Əməkdar artist bayağı manhılar oxuyanlar barədə: “Villa aldılar, amma...”

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əməkdar artist Almaz Ələsgərova son zamanlar bayağı mahnı oxuyan ifaçılardan danışıb.

Bakıvaxtı.az-ın məlumatına görə, müğənni bildirib ki, bəzi sənətkarlar zəngin olub, maddi imkanlar əldə etsələr də, musiqidə keyfiyyəti qorumağı bacarmayıblar.

"Maşın, ev, villa aldılar, hətta 'Maybach' də aldılar. Amma sənətdə heç nə dəyişməyib. Mahnılar əvvəlki tərzdə davam edir. Söz, musiqi və ifaçı bir-birini tamamlamalıdır, amma indiki mahnılar sanki oyuncağa çevrilib. Çox vaxt müğənnilər mahnıları yalnız toy və gəlir üçün yazdırır. Pul qazanmaq əlbəttə vacibdir, amma sənət itirilməməlidir", - deyə Almaz Ələsgərova vurğulayıb./Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
5
bakivaxti.az

6Источники