RU

Şirvan şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 35 mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şirvan şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 35 mənzil verilib. 

Bu barədə XQ-yə nazirlikdən məlumat verilib.

Şirvanda, MİDA yaşayış kompleksində mənzillərin təqdim edilməsi tədbirində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev bildirib ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramına Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində  başlanıb və ildən-ilə uğurla davam etdirilir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi  Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi əsasında bu proqram 5 dəfə genişlənib.

Qeyd edilib ki, postmüharibə dövründə bu kateqoriyadan olan vətəndaşlara 7300-ə yaxın, ümumilikdə isə ötən illər ərzində 16 mindən çox mənzil və fərdi ev verilib. Bununla yanaşı, qeyd edilən dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan müavinət və təqaüdlərin məbləği də orta hesabla 2 dəfədən çox artırılıb. 

Yeni mənzillərlə təmin olunan şəxslər onlara göstərilən diqqət və qayğıya, xüsusilə də Novruz və Ramazan bayramları ərəfəsində yeni mənzillə təmin olunmalarına görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Избранный
33
11
xalqqazeti.az

10Источники