“Kinjal” hipersəs raketləri ilə silahlanmış MiQ-31 təyyarəsi Yapon dənizinin neytral suları üzərində planlı uçuş həyata keçirib.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“Kinjal” hipersəs aeroballistik raketləri ilə silahlanmış MiQ-31 təyyarəsi Yapon dənizinin neytral suları üzərindəki hava məkanında planlı uçuş həyata keçirib. Uçuş zamanı MiQ-31 ekipajları uçuş zamanı havada yanacaq doldurmanı məşq ediblər. Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrinin uçuşları beynəlxalq hava məkanı qaydalarına ciddi şəkildə uyğun olaraq həyata keçirilib, - Müdafiə Nazirliyindən bildirilib.
Bəxtiyar CƏFƏRLİ