RU

Raps mövsümü...

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Çinin Anxoy əyalətindəki Uhu adlı şəhərin ərazisində yerləşən Syanşuytszyanda raps bitkisinin çiçəkləmə mövsümü ilə bağlı çox maraqlı fotolar yayılıb. Yerli rəsmilər bildiriblər ki, turistlərin daim axışdığı bu böyük bölgədə 2026-cı ildə yaz fəslinin gəlişi daha fərqli və heyrətamiz olub.

Reyting.az xəbər verir ki, minlərlə hektar sahə artıq sarı çiçəklərlə örtülüb və çox güman, bu əraziyə yenidən turistlərin axını başlayacaq.

Raps yalnız turizm üçün gəlir mənbəyi deyil, eyni zamanda qidada və kosmetika vasitələr istehsalında da fermerlərə xeyir verir.

Qeyd edək ki, 2025-ci ildə Çində rapsın yetişdirildiyi sahələr 1800 hektar ərazi olub və bu çiçək məhsulunun həcmi 5400 tona çatmaqla, dəyər 27 milyon yuanı (təxminən 3,9 milyon dollar) keçib.

 

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
reyting.az

1Источники