RU

Müctəba Xamenei Vaşinqtonun atəşkəs təkliflərini rədd edib - Ali rəhbər ABŞ-ni bataqlığa salmağı əmr edib

İranın yeni Ali rəhbəri Müctəba Xamenei iki vasitəçi ölkə tərəfindən Tehrandakı gərginliyin azaldılması və ya ABŞ ilə atəşkəs təkliflərini rədd edib.

Missiya.Az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın adı açıqlanmayan yüksək vəzifəli rəsmisi məlumat verib.

Onun sözlərinə görə, Xameneinin ilk xarici siyasət görüşündə ABŞ və İsrailə qarşı qisas almaq mövqeyi çox sərt və ciddi olub.

Rəsmi şəxs liderin görüşdə şəxsən iştirak edib-etmədiyini dəqiqləşdirməyib.

Xatırladaq ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını bəyan etmişdi. Müctəba Xamenei isə bütün zərərlərə baxmayaraq ABŞ-ni bataqlığa salmağı əmr edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
28
missiya.az

1Источники