RU

23 qırmızı vərəqə və hərbi polisin müdaxiləsi...

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Kruzeyro” və “Atletiko Mineyro” son illərdəki ən parlaq futbol oyunlarından birini keçirdi. Mineyro Liqasının final görüşünün son saniyələrində komandalar elə amansız dava-dalaş törətdi ki, hərbi polisin müdaxiləsi lazım oldu. Hakim isə rekord sayda – 23 qırmızı vərəqə göstərdi."Football-plus.az" xəbər verir ki, bu klubların duelində Mineyro Liqasının qalibi bəlli olacaqdı. 60-cı dəqiqədə “Kruzeyro”nun forvardı Kayo Jorje hesabı açdı. “Atletiko” qalan müddət ərzində bu qolun əvəzini çıxa bilmədi. Hətta rəqib qapısının çərçivəsinə bir zərbə də vurmadı. Lap sonda futbolçuların əsəblərinin tab gətirməməsi təəccüb doğrurmadı.Dava “Mineyro”nun qapıçısı Eversonun hərəkətləri üzündən başladı. Qapıçı əvvəlcə onunla toqquşan rəqibin hücumçusu Kristianı döyüş fəndi ilə yerə sərdi, ardından onun üzərində oturaraq zərbə yağdırmağa başladı.Kristianın komanda yoldaşları bu hərəkəti bağışlamadı və Eversonun üzərinə şığıdılar. Bundan sonra davanı dayandırmaq çətin idi, hətta hərbi polis meydana çıxmalı oldu. Hərbi polisin bununla bağlı açıqlamasında deyilir:

“Müdaxilə təhlükəsizlik xidmətinin öhdəliklərindən biridi. Protokolda hakimlər briqasasının təhlükəsizliyinin təmin olunması göstərilib ki, biz də bunu yerinə yetirdik”.

Tezliklə futbolçular sakitləşdi, oyun isə “tülkülər”in 1:0 hesablı qələbəsi ilə bitdi. Hakim 23 qırmızı vərəqə payladı: 12-ni “Kruzeyro”nun, 11-ni “Atletiko”nun futbolçularına. Əvvəlki rekord 1954-cü ildə keçirilən “Botafoqo” – “Portugeza” oyununda müəyyənləşdirilmişdi. Onda 22 futbolçu meydandan qovulmuşdu.Dünyaca məşhur Halk da Braziliya futbolunun tarixinə düşə bilərdi. O, ardıcıl 4 il ştat çempionatının bombardiri olmuşdu. Ancaq 2026-da bu seriya qırıldı: ulduz finalda bir qol da vura bilmədi. Beləcə Halk 4 dəfə turnirin snayperi olan Dada Marvilyanın rekordunu yeniləməyi bacarmadı.Əvəzində azarkeşlərin yadında davada fəal iştirakla qaldı. Kameralardan biri Halkin davada iştirak etməyən rəqib oyunçunu arxadan necə vurduğunu göstərir. Yeri gəlmişkən, futbolçu oyundan sonra bütün məsuliyyəti hakimin boynuna yıxıb:

“Ya hakim oyunu nəzarət altına alır, ya da oyun tam xaosa çevrilir. Azarkeşlərdən üzr istəməliyik, belə zorakılıq səhnələrini görmək təəssüf doğurur. Bunları uşaqlara və yeniyetmələrə göstərməməliyik”.

Hələ ki KONKAKAF-ın bu məsələ ilə bağlı hansısa sanksiyalarından xəbər yoxdu. Qurum başverənləri araşdırır. Ancaq futbolçuların çox sərt cəzalardan qaçacağı gözlənilir. İdman hüququ sahəsində ixtisaslaşan jurnalist və vəkil Andrey Kampffı dinləyək:

“Belə hallarda ən geniş yayılan təcrübə Braziliya İdman Ədaləti Məcəlləsinin 254-cü maddəsinin tətbiqidi ki, o da 4 oyundan 12 oyuna qədər cəza nəzərdə tutur”.

Kampff onu da vurğulayıb ki, cəzalar yalnız ştatın daxili çempionatında tətbiq olunacaq. Amma futbolçular heç nə olmayıbmış kimi Braziliyanın A seriyasında oynamağa davam edəcəklər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
icma.az

2Источники