Benyamin Netanyahunun ofisi İsrail Baş nazirinin telefonla danışdığını əks etdirən foto yayımlayıb. Foto son günlər İsrail lideri barəsində yayılan “ölüm” və “süni intellekt” iddiaları fonunda “Baş nazir Benyamin Netanyahu İran rejiminin yüksək vəzifəli rəsmi şəxslərinin öldürülməsi barədə əmr verir” sözləri ilə paylaşılıb.
Qeyd edək ki, İsrailin hava zərbələri nəticəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, “Bəsic” qüvvələrinin komandiri Qulamrza Süleymani və digərləri öldürülüb.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb. İsrailin müdafiə naziri İsrael Katz bildirib. Katz "Kanal 12" telekanalına İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü təsdiqləyib. Müdafiə naziri qeyd edib ki, Əli Laricani gecə İsrailin İrana endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi ekspert Azad İsazadə ilə İran gündəmini müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv