İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrail Hərbi Hava Qüvvələrinin hava zərbəsi nəticəsində həyatını itirdiyi iddia olunub.
BAKU.WS İsrail KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsrael Kats bildirib.
"Baş qərargah rəisi məni Milli Təhlükəsizlik Şurasının katibi Laricaninin və "Bəsic"in rəhbərinin öldürüldüyü barədə məlumatlandırıb", - deyə KİV-lər Katsın sözlərini yayıb.
Buna qədər İran KİV-ləri məlumat yaymışdı ki, Laricaninin İsrailin hədəfi olduğuna dair xəbərlərdən sonra müraciəti yayımlanacaq.