RU

Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz olunması məsələlərinə Ombudsmanın vəsatəti əsasında da baxılması nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, bunun üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə zəruri dəyişikliklərin edilməsi təklif edilir.

Qeyd olunur ki, təşəbbüs məhkumların hüquqlarının müdafiə mexanizmlərinin gücləndirilməsi və Ombudsman institutunun səlahiyyətlərinin genişləndirilməsi məqsədi daşıyır.

Xatırladaq ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
52
icma.az

1Источники