RU

RİNN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı.Trend:

Novruz və Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt,telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri vəradio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təminedilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən(RİNN) məlumat verilib.

Bildirilib ki, bununla bağlı Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiyaoperatorlarına, internet xidmət provayderlərinə təlimatgöndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcəkproblemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətəgətirilib.

Избранный
38
11
az.trend.az

10Источники