RU

Azərbaycan Almaniyadan kolbasa tədarükünü 73 dəfə artırıb

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu ilin yanvar ayında Azərbaycan 1 milyon ABŞ dolları dəyərində 309 ton kolbasa idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 %, kəmiyyət olaraq – 30 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 599 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 31 % az) 225 ton (-46 %), Belarusdan 173 min ABŞ dolları dəyərində (+65 %) 35 ton (+75 %), Türkiyədən 163 milyon ABŞ dolları dəyərində (+3,7 dəfə) 29,7 ton (+4,3 dəfə), Almaniyadan 87,5 min ABŞ dolları dəyərində (+22 dəfə) 19,3 ton (+73 dəfə), İtaliyadan 4 min ABŞ dolları dəyərində (-4 %) 0,34 ton (+70 %) kolbasa alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 6 min ton kolbasanın 83 %-i Rusiyanın payına düşüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
2
cebheinfo.az

3Источники