RU

Paytaxtda yük avtomobillərindən oğurluq edən şəxs saxlanılıb

Bakı.Trend:

Səbail rayonunda yük avtomobilindən 370 manat və bank kartınınoğurlaması barədə polisə məlumat daxil olub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumatverilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləritədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 50 yaşlıM.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı məlum olubki, o, avtomobilin qapısının açıq qalmasından istifadə edərək puluvə sənədləri oğurlayıb.

Bundan başqa, saxlanılan şəxsin başqa bir vətəndaşa məxsus yükavtomobildən isə 460 manat oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Избранный
51
8
az.trend.az

10Источники