ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 17 mart, AZƏRTAC
İspaniyanın “Barselona” komandası baş məşqçisi Hans-Diter Flik ilə müqavilənin müddətini uzatmağa yaxındır.
AZƏRTAC xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Joan Laporta məlumat verib.
“Fliklə yaxşı münasibət çox vacibdir. Düşünürəm ki, o, daha 5 il "Barselona"da qala bilər. Şəhərdə özünü evindəki kimi hiss edir və enerjilidir”, - deyə funksioner qeyd edib.
“Barselona” 61 yaşlı mütəxəssislə 2028-ci ilədək yeni müqavilə imzalamaq istəyir.
Almaniyalı çalışdırıcının İspaniya nəhəngi ilə hazırkı sözləşməsi bu mövsümün sonuna kimidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.