RU

“Hər iki ölkə bu bölgədə təhlükəsizliyin və sabitliyin qorunmasında maraqlıdır” ŞƏRH EDİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Səudiyyə Ərəbistanı və Azərbaycan xarici işlər nazirlərinin Yaxın Şərqdəki gərginliyi müzakirə etməsində təbii ümumi maraqları var. Hər iki ölkə bu bölgədə təhlükəsizliyin və sabitliyin qorunmasında maraqlıdır. Bu bölgədə müharibənin qızışması birbaşa və ya dolayı yolla həm Səudiyyə Ərəbistanı üçün, həm də Azərbaycan üçün mənfi təsirlərə malik ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, konkret İran müharibəsinə baxışda Azərbaycanın və Səudiyyə Ərəbistanın yanaşmalarında müəyyən fərqlər var:

”O mənada ki, Səudiyyə Ərəbistanı birbaşa İranın raket və dron zərbələrinin intensiv hədəfi olsa da, Azərbaycan hələlik İranın intensiv raket və dron hücumlarına məruz qalmır. Cəmi bir faktı nəzərə almasaq, demək olar ki, İran Azərbaycana zərbə vurmaqda maraqlı olmadığını artıq bildirib.

Eyni zamanda Səudiyyə Ərəbistanında ABŞ-nin hərbi bazaları mövcuddur, Azərbaycanda isə xarici ölkələrin hərbi bazaları yoxdur. Buna görə də özünə qarşı gözlənilən təhlükənin miqyası baxımından Azərbaycan Səudiyyə Ərəbistanından daha yaxşı vəziyyətdədir. Çünki Səudiyyə Ərəbistanı ilə İran arasında döyüşlərin qarşılıqlı zərbələr xarakteri alması təhlükəsi mövcuddur.

Səudiyyə Ərəbistanı-İran münasibətlərinin qarşılıqlı zərbələr müharibəsinə çevrilmə ehtimalı var. Amma Azərbaycanla İran arasında münasibətlərin açıq müharibəyə çevrilmə təhlükəsi hələlik, nə yaxşı ki, real deyil. Buna baxmayaraq, həm Səudiyyə Ərəbistanının, həm də Azərbaycanın bölgədə İran ətrafında yaranmış hadisələr səbəbindən müəyyən təhlükələrlə üzləşməsi istisna deyil.

Nəzərə alsaq ki, hər iki ölkə müsəlman ölkələridir və İslam Əməkdaşlıq Təşkilatının aparıcı üzvləri sayılır. Azərbaycan və Səudiyyə Ərəbistanının münasibətləri çox yaxşıdır. Eyni zamanda bu iki ölkənin ABŞ ilə münasibətləri də çox yaxşıdır.

Yəqin ki, Səudiyyə Ərəbistanı və Azərbaycanın səylərinin birləşdirilərək yönəldilə biləcəyi konkret hədəflər və istiqamətlər var. Bu baxımdan ən mühüm istiqamət bu müharibənin tərəflərindən biri olan ABŞ-ni daha rasional addımlar atmağa təşviq etmək ola bilər.

Yəni ABŞ-İran qarşıdurmasının xarakterini dəyişmək istiqamətində Azərbaycanın və Səudiyyə Ərəbistanının səylərinin birləşməsi müəyyən konkret nəticələrə gətirib çıxara bilər. Bu mənada iki ölkənin əməkdaşlığı, təbii ki, zəruridir və burada hər hansı mənfi nəticə gözlənilmir.

Səudiyyəü Ərəbistanı-Azərbaycan əməkdaşlığının indiki şəraitdə İran münaqişəsi kontekstində yalnız müsbət nəticələr verə biləcəyini söyləmək olar. Bu təşəbbüs çoxdan cəmiyyətdə və ayrı-ayrı ictimai qruplarda müzakirə olunur və yaxşı təklif kimi qiymətləndirilir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
sia.az

2Источники