“İranın Ali Rəhbəri Müctəba Xameneinin müalicə məqsədilə Moskvaya getdiyi barədə yayılan xəbərlər yalandır”.
“Yeni Sabah” xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
O, bu xəbərlərin əsassız və həqiqətə uyğun olmadığını bildirib. Diplomat vurğulayıb ki, İran rəhbərliyinin səhhəti ilə bağlı yayılan bu cür məlumatlar dezinformasiya xarakteri daşıyır və ictimaiyyəti çaşdırmaq məqsədi güdür.
Səfir əlavə edib ki, İran rəhbərliyi ölkə daxilində fəaliyyətini normal şəkildə davam etdirir və rəsmi şəxslərin xaricdə müalicə alması ilə bağlı yayılan məlumatlara etibar edilməməlidir.
Qeyd edək ki, mətbuatda M.Xameneinin səhhəti ilə bağlı problemlər yaşadığı və bu səbəbdən Rusiyada müalicə aldığı barədə məlumatlar yayılmışdı.
Aytac Əliyeva
Telegram kanalımız