RU

Nazirlər Kabineti tullantıların idarə olunması qaydalarını dəyişdi

BAKI, 17 mart. TELEQRAF

Nazirlər Kabineti məişət tullantılarının idarə olunması qaydalarında dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, şəhər və digər yaşayış məntəqələrinin sanitariya qaydalarına uyğun təmizlənməsi, məişət tullantılarının saxlanılması, daşınması və zərərsizləşdirilməsi ilə bağlı qaydalara dəyişiklik edilib. Dəyişikliklər xüsusilə işğaldan azad olunmuş ərazilərdə tullantıların idarə olunmasının təkmilləşdirilməsinə yönəlib.

Yeni qaydalara görə, həmin ərazilərdə tullantıların idarə olunması prosesinə Prezidentin müvafiq fərmanı ilə müəyyən edilən publik hüquqi şəxslər də cəlb olunacaq və bu sahədə onların səlahiyyətləri genişləndiriləcək.

Избранный
12
teleqraf.com

1Источники