RU

Qadınlar ənənələri deyil, gələcəyi qoruyur – Açıqlama

Azərbaycan cəmiyyətində qadınların rolu tarixən yalnız ailə çərçivəsi ilə məhdudlaşmayıb, milli-mənəvi dəyərlərin formalaşması və yaşadılmasında mühüm yer tutub. Bu baxımdan qadınların ənənələrin qorunması ilə yanaşı, gələcəyin qurulmasında da əsas aparıcı qüvvə olduğu vurğulanır.

Azərbaycan tarixində qadınların rolu yalnız ənənələri qorumaqla məhdudlaşmayıb, eyni zamanda onların formalaşmasında və gələcəyə ötürülməsində mühüm yer tutub. Bu fikirləri jurnalist, “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Fira Cəlilova (Firuzə İskəndərova) səsləndirib.

O bildirib ki, tarix boyu Azərbaycan qadınları cəmiyyətin taleyinə təsir edən əsas fiqurlardan biri olub: “Tomris öz xalqının taleyini dəyişdiyi kimi, Sara Xatun diplomatiyada dövlətin dayağı olub.”

F.Cəlilovanın sözlərinə görə, bu missiya bu gün də davam edir. O qeyd edib ki, hər bir Azərbaycan qadını ailəsində Novruz ənənələrini yaşadaraq milli dəyərlərin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır: “Novruz tonqalının üzərindən atlayan uşağın arxasında onu öyrədən bir qadın dayanır.”

Sədr vurğulayıb ki, əslində qorunan təkcə ənənələr deyil, qadınlar vasitəsilə gələcəyin özüdür.

Zəhra Ağayeva

Избранный
41
qht.az

1Источники