RU

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

CƏLİLABAD, 17 mart. TELEQRAF

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Rayon sakini Səbran Əliyevin idarə etdiyi “Kia Rio” markalı avtomobillə Kamran Quliyevin “Changan” markalı maşını toqquşub.

Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. “Changan” markalı avtomobildə olan sərnişin, 1991-ci il təvəllüdlü Xəyal Bəşirov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
15
9
teleqraf.com

10Источники