RU

Cəlilabadda ağır yol qəzası, ölən var

Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Hafta.az xəbər verir ki, rayon sakini Səbran Əliyevin idarə etdiyi "Kia Rio" markalı avtomobillə digər rayon sakini Kamran Quliyevin idarə etdiyi "Changan" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. "Changan" markalı avtomobildə olan sərnişin, 1991-ci il təvəllüdlü Xəyal Bəşirov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
24
8
hafta.az

10Источники