BAKI, 17 mart. TELEQRAF
Bu gün Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında 2026-cı il üçün "İdman səfirləri”nin seçkisi keçirilib.
Teleqraf nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, səsvermə nəticəsində Ülviyyə Fətəliyeva (şahmat), Vəfa Musayeva (alpinizm), Aynur Yusifova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma), Elçin Əsədov (velosiped idmanı) 2026-cı il üçün “İdman səfiri” seçiliblər.