RU

Mirbağır İsayev məşqçilərlə ilk görüşünü keçirib

UEFA-nın Elit Məşq Layihəsinin yeni rəhbəri Mirbağır İsayevin məşqçilərlə ilk görüşü keçirilib.

Apasport.az xəbər verir ki, tanışlıq xarakteri daşıyan iclasda AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və layihə çərçivəsində bölgələrdə fəaliyyət göstərən məşqçi heyəti iştirak edib.

Görüşdə çıxış edən Elçin Məmmədov mütəxəssisləri salamlayaraq yeni təyin olunmuş M.İsayevi məşqçilərə rəsmi şəkildə təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Mirbağır İsayev nizam-intizamın vacibliyini ön plana çəkib, Elit Məşq Layihəsinə cəlb olunan yeniyetmə futbolçuların sağlamlığının daim diqqət mərkəzində saxlanılmalı olduğunu bildirib.

O, həmçinin bölgələrdə istedadlı uşaqların aşkar edilməsi istiqamətində daha sistemli və məqsədyönlü fəaliyyətin zəruriliyini vurğulayıb.

İclas zamanı layihə ilə bağlı yeniliklər və qarşıdakı dövr üçün planlar müzakirə olunub.

“Qarabağ” transfer axtarışında: BRAZİLİYA VƏ PORTUQALİYADA

“Arsenal” və “Siti” ev sınağında - YENİLƏNİR

Əvəzedicilər Liqası: XX tura yekun vurulub

Rəhim Həsənov mübahisəli epizodları şərh edib - VİDEO

Millimizin heyəti bəlli olub

Избранный
41
7
apasport.az

8Источники