RU

Qlobal dialoqun güclənməsi ŞƏRH

ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Müasir beynəlxalq münasibətlər sistemində dialoq və əməkdaşlıq platformalarının rolu getdikcə artır. Bu baxımdan XIII Qlobal Bakı Forumu qlobal problemlərin müzakirəsi üçün mühüm tribuna kimi çıxış edir. Forumun əsas mövzusu olan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” beynəlxalq ictimaiyyət üçün aktual məsələlərdən biridir.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın son illərdə keçdiyi inkişaf yolundan danışaraq regionda yaranmış yeni siyasi vəziyyətə diqqət çəkdi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistanla sülh prosesinin irəliləməsi üçün diplomatik addımlar atıb. 2025-ci ilin avqustunda sülh sazişinin paraflanması regionda sabitliyin möhkəmlənməsinə töhfə verib.

Dövlət başçısı çıxışında enerji məsələsinə də toxundu. Azərbaycanın beynəlxalq enerji bazarına sabit və etibarlı tərəfdaş kimi töhfə verdiyini qeyd edən Prezident ixracın gələcəkdə daha da artacağını bildirdi.

Forumda aparılan müzakirələr göstərir ki, qlobal problemlərin həlli üçün dövlətlər arasında əməkdaşlıq və qarşılıqlı etimad vacibdir. Bakı isə bu dialoqun qurulduğu mühüm məkanlardan birinə çevrilib.

Gülnaz Rüstəmova

YAP Babək rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
sesqazeti.az

1Источники