RU

“Məleykə Abbaszadə çıxıb cavab verməlidir” - İmtahan narazılığı səngimir

“Dövlət İmtahan Mərkəzi (DİM) həmişə iddia edir ki, onlar məktəb proqramdan kənara çıxmırlar. Lakin yenə də müəyyən narazılıqlar yaranır. DİM sədri Məleykə Abbaszadə çıxıb buna aydınlıq gətirməlidir”.

Bunu “Yeni Sabah” açıqlamasında sabiq deputat, təhsil məsələləri üzrə ekspert Etibar Əliyev deyib.

O bildirib ki, buraxılış imtahanlarının mart ayında keçirilməsinin əsas zərlərindən biri də şagirdlərin dərsə davamiyyətini azaltmasıdır: “Bu imtahandan sonra heç kəs məktəbə getmək istəmir”.

E.Əliyev imtahanlarla bağlı əsas şikayətlərdən biri də vaxtın azlığıdır:

“Bu da təxminən bir sual üçün 3 dəqiqəyə qədər vaxt deməkdir. Bunun qarşısını almaq üçün sualların sayını azaltmaq, ya da mətnləri yügülləşdirmək olar.

O ki, qaldı çətinlik dərəcəsinə, dünyada bu məsələlər belə ajiotaja səbəb olmur. Əslində suallar sadədən mürəkkəbə doğru verilir. Lakin bu çətinlik dərəcəsi proqrama uyğun olmalıdır. Bunu isə məktəb hazırlaşdırmalıdır. Bu gün isə həmin məsuliyyət repititorlar və kursların boynuna yıxılır. Məleykə Abbaszadə də onları günahlandırır, lakin bu nə repitiorların, nə də kursların günahıdır. Onlar standart testlərlə uşaqlarda müəyyən bilgilər formalaşdırırlar”.

Ekspert bu işilərin məktəbin görməli olduğunu deyib:

“Məktəbin isə buna imkanı çatmır. Dərsliklər çox bərbad vəziyyətdədir, müəllimlərin çoxu keçdikləri fənni tədris edə bilmir, dərslərə davamiyyət çox aşağıdır. Belə olan şəraitdə ən sadə sual da abituriyentə çətin gələcək. Mürəkkəb sualları da cavablandıra bilməyəcəklər. Bu isə uşaqlarda tənqidi təfəkkürü və izahetmə duyğusunu məhv edir.

Dəfələrlə demişəm, indi də deyirəm ki, bir fənni tək dərsliklərlə mənimsəmək mümkün deyil. Dərslikləri və müəllifləri nəşriyyat seçir. Onlar da qüsurlarla doludur. Çox təəssüflər olsun ki, bunların hamısı gözardı edilir. Uşaqlar da aşağı nəticə göstərəndə heç kim məktəbi qınamır. Repititorlar da qiyməti artırır, keyfiyyəti isə azaldır”.

Etibar Əliyev bütün bu proseslərin əsas məntiqi əsaslandırılımasının vacibliyini vurğulayıb:

“Narazılığın qarşısını almaq üçün kütləvi şəkildə apelyasiya şikayəti vermək olar. Lakin bütün bunlardan əlavə mən hələ müəllimlərin əsaslı şikayətlərini görməmişəm. Biri çıxıb hansısa testi müzakirə edərək, fikirlərini əsalandırmır. Yalnız təhsil ekspertləri münasibət bildirir. Onların da çoxu ali məktəbi normal başa vurmayıblar. Çıxıb izah etmirlər ki, filan test proqramdan kənardır. DİM də təcrübəli bir qurumdur. İllərdir bu işi aparırlar. Bu qədər narazılıqların səbəbini isə dəqiq şəkildə araşdıran yoxdur”.

Aydan Hacı 


Telegram kanalımız
Избранный
45
1
yenisabah.az

2Источники