RU

Hollivud ulduzlarının əsl üzü - FOTO

Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən nüfuzlu kino mükafatlarından olan "Oskar"ın təqdimetmə mərasimində iştirak edən məşhurlar tənqid edilib.

Hafta.az xəbər verir ki, buna səbəb kimi 98-ci mükafatlandırma gecəsindən sonra zalda çəkilən görüntülər olub.

Belə ki, mərasimdən sonra çəkilən kadrlarda oturacaqların üzərində plastik butulkalar, popkorn qutuları, stəkanlar və müxtəlif qida qablarının atıldığı göstərilib. 

Şəkli “Next Best Picture” nəşrinin jurnalisti Mett Neqlia “X” platformasında paylaşıb. Sözügedən paylaşım qısa müddətdə təxminən 10 milyona yaxın baxış toplayıb.

Mərasim zamanı ənənəvi olaraq qonaqlara kiçik qəlyanaltı paketləri təqdim olunub. Məhz bu qablaşdırmaların zaldakı vəziyyətə səbəb olduğu bildirilir. Sosial şəbəkə istifadəçiləri Hollivud ulduzlarını ikiüzlülükdə ittiham edərək, onların ekoloji məsələlərə dair çıxışları ilə bu görüntülər arasında ziddiyyət olduğunu vurğulayıblar.

Избранный
67
2
hafta.az

3Источники