Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İranın Rusiyadakı səfiri Kazem Cəlali yeni Ali Liderin müalicə üçün Moskvada olması ilə bağlı xəbərləri təkzib edib.Modern.az xəbər verir ki, o, Facebook paylaşımında yazıb: "İnqilabın Ali Liderinin müalicə üçün Rusiyaya köçürülməsi xəbəri yeni psixoloji müharibədir".Səfir əlavə edib ki, "İran liderlərinin qaçıb sığınacaqlarda gizlənməyə ehtiyacı yoxdur; onların yeri küçələrdə, xalq arasındadır".
O, həmçinin bir İran atalar sözünü xatırladıb: "Yalan danışmaq vərdişi yalançının ağlından heç vaxt çıxmır, amma bir İran atalar sözü deyir ki, yalançının yaddaşı qısadır və unutqandır".
Bir gün əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Xameneinin Moskvaya mümkün gəlişi ilə bağlı xəbərlərə münasibət bildirməkdən imtina edib.
İran Xarici İşlər Nazirliyi yeni Ali Liderin ABŞ-İsrail hücumlarında yaralandığını, lakin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Möctəba Xamenei 28 fevralda ABŞ və İsrailin hava hücumlarında atası Ayətullah Əli Xameneinin öldürülməsindən sonra İranın yeni Ali Lideri seçilib. ABŞ İranın yeni lideri və digər əsas vəzifəli şəxslər haqqında məlumat verənə 10 milyon dollara qədər mükafat vəd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.